Unutmayaq, unutdurmayaq! Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. Allah rəhmət eləsin!20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür



İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
“Qızıl Qlobus” sahibləri məlum oldu
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Azərbaycanlı rejissorun filmi mükafata layiq görüldü
Məşhur azərbaycanlı aktyor koronavirusdan öldü
Bu film "Oskar" mükafatına layiq görüldü
Əməkdar incəsənət xadimi vəfat etdi
Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
Bu gün Azərbaycan kinosu günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 