Azərbaycanda şok olay yaşanıb.
Belə ki, Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən və fiziki zorakılığa məruz qalan azyaşlı tapılıb.
ONN media bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin facebook səhfəsində etdiyi paylaşıma istinadən məlumat verir.
O, paylaşımda bildirib ki, xalası və digər qohumları Şərifov Ümid Tural oğlunu dilənməyə, avtomobillərin təkərini qaraltmağa məcbur edib, qazancını əlindən alıblar: “O isə bunu etmək istəmədiyinə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Azyaşlı bu gün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən sığınacağımıza yerləşdirilib”.
Qeyd edək ki, Ü.Şərifov 5 il əvvəl də uşaq sığınacağında olub. Anası bir neçə ay sonra tapılıb və sığınacağa gələrək uşağı aparıb.