Abşeron rayonunda azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib. ONN media bildirir ki, Abşeron rayon sakini, 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi güman edilir. Küçədə gecələyən uşaq bir neçə gündən sonra polislər tərəfindən tapılaraq "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə gətirilib. Uşağın ilk ifadəsində məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır. Baş vermiş hadisə ilə bağlı "Azərbaycan Uşaqları Birliyi" İctimai Birliyi və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə Abşeron Rayon Polis idarəsi və Rayon Prokurorluğu ciddi məşğul olur: “Uşaq bizə polis əməkdaşları tərəfindən gətirilib, onun üzərində zorakılıq izləri də var idi. Anasını tapmaq mümkün olmadığından biz sosial şəbəkələrdə Tunarın şəklini paylaşdıq və onu tanıyanlardan bizimlə əlaqə saxlamağı xahiş etdik. Ötən gün isə uşağın atası Rasim Əhmədli bizimlə əlaqə yaratdı və bu gün mərkəzə gəldi. Onunla söhbətdən sonra məlum oldu ki, Aysel Hacıyeva ilə boşanıblar, bu evlilikdən iki övladları var. Tunar uzun zaman atası ilə qalmağı israr edib, ancaq aliment probleminə görə Aysel övladını atasının yanına buraxmayıb və uşağa qarşı şiddət göstərib”. Mərkəz sədri qeyd edib ki, Tunar hazırda məhkəmə-tibbi ekspertizasına göndərilib: “Biz sonradan Aysel Hacıyeva ilə də görüş keçirmişik və ilkin ehtimallara görə, uşağın bədənində olan xəsarətlər ana tərəfindən olub. O bildirib ki, Rasim Əhmədli uzun zamandır yığılan borcu az miqdarda ödəyib. Aysel hazırda yeni ailə qurub və bu nikahdan iki övladı var, birinə isə hamilədir. Tunar hazırda ekspertizadadır və çox güman ki, hadisə öz təsdiqini taparsa, anaya cinayət işi açılacaq, istintaqa cəlb olunacaq”. (Trend)
Abşeronda ana 9 yaşlı oğlunu döydü və...



Gəncədə dəhşət: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEO
Azərbaycanda ŞOK: Qohumları azyaşlını döyərək dilənməyə məcbur etdilər - FOTO
Bakıda anadan azyaşlı uşağına qarşı DƏHŞƏTLİ ADDIM
Bakıda küçədə yatan uşaqlarla bağlı xəbər var
Abşeronda dəhşət- 5 yaşlı qıza...
Bakıda itkin düşən uşaq tapıldı
Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - AÇIQLAMA
BİYABIRÇILIQ: Azərbaycanda 13 yaşlı qız ana oldu
Azərbaycanda üç uşaq anası itkin düşüb
Bərdədə tapılan azyaşlılarla bağlı XƏBƏR VAR
5 yaşlı uşaq anasını ehtiyatsızlıq nəticəsində güllələyərək öldürüb
Bakıda zəncirlənən uşaqdan XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 