Çimərliklərdə boğulma hallarının əsas səbəbi təhlükəsizlik tədbirlərinin görülməməsi və insanların qeyri-çimərlik ərazilərə üz tutmasıdır.
ONN media xəbər verir ki, bunu Trend-ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət insanların üzərinə düşür, yəni vətəndaşlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdır:
"Boğulma hadisələrinə nəzər salsaq, təhlükə ilə üzləşənlərin əksəriyyətinin küləkli vaxtda çimərliyə gedənlər olduğunu görərik. Həmçinin çimərlik seçimində də diqqətli olmaq lazımdır. Natəmiz və nəzarətsiz olan çimərliklərə getmək olmaz. İnsanlar adətən daha əvvəl getdikləri çimərliyə üz tuturlar. Çünki orada suyun hansı səviyyədə dərinləşdiyini, suyun altında daş-kəsəyin olub-olmamadığını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, küləkli hava relyefi dəyişdirə, yarğanlar, su axınları əmələ gətirə bilər. Xilasedicilərin, qadağanedici işarələrin olmadığı yerlərə getmək tövsiyə edilmir. Digər tərəfdən ümumiyyətlə qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülməli, bundan sonra insanların ixtiyarına verilməlidir".
Ekspert boğulma təhlükəsi ilə qarşı-qarşıya qaldıqda necə davranılmalı olduğunu da açıqlayıb. Bildirib ki, boğulma hallarının başlıca səbəbi suda olan şəxsin təşvişə düşməsidir.
"İnsan təşvişə düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan yuxarı qaldırır, ayaq barmaqlarının uclarını yerə vurmağa çalışır ki, su üzərinə çıxsın. Bu da əksinə batması ilə nəticələnir. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxs əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başı suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulma müddəti 4-5 dəqiqəni keçməyibsə, ilkin yardım göstərməklə həyata qaytarmaq olar" - deyə ekspert qeyd edib.



Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
FHN çimərliyə gedənlərə müraciət etdi
FHN-dən çağırış: Çimərlikdə bunları etmək qadağandır!
6 ictimai çimərlik HAZIRDIR
FHN-dən əhaliyə müraciət: Çimərlikdə bunlar olmaz! - Video
Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
Çimərliyə getmək üçün BU QAYDALARA əməl etməlisiniz
Çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ
Çimərliklərdə giriş niyə ödənişlidir?
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
Dənizdə batan 6 nəfər AXTARILIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 