“Artıq COVID-19-un “Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.
ONN media xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.O bildirib ki, bu ştamm daha tez yayılır: “Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün “Delta ştammı” var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur”.
O qeyd edib ki, “Delta ştammı”nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.
H.Harmancı bildirib ki, Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır:
“Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. “Delta ştammı”na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma “Delta ştammı” aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur”.



“”Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur” – Hande Harmancı
Türkiyədə "Delta+" ştammına yoluxan şəxslər var
“Mü” ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - AÇIQLAMA
Merkel: Delta ştammı hər şeyi məhv edə bilər
Vaksinasiya olunanlar “Delta” ştammına yoluxur?
Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı
Azərbaycanda ciddi qapanmalar OLA BİLƏR - Həkimdən ŞOK XƏBƏRDARLIQ
"Omikron" ştammı dünyanın 89 ölkəsində aşkarlandı
“Delta” ştammı bu şəxslər üçün risklidir
Azərbaycanda sərt karantinə hazır olmalıyıq - Professordan QORXUNC XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 