“Mü” ştammı Türkiyədə 2 nəfərdə tapılıbsa, böyük ehtimalla Azərbaycanda da yayılacaq. Lakin onun olub-olmadığını müəyyən etmək üçün virusların genetik analizi mütləqdir. Əslində, bu ştamm çoxdan var idi, sadəcə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narahatedici ştamm kimi qeydə alınmamışdı. “Delta” daha təhlükəli ştamm idi. “Mü” ştammı son günlərdə artıb deyə haqqında daha çox danışılmağa başlanıb.
ONN media bildirir ki, bu sözləri publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib. O bildirib ki, koronavirusun 24-dən çox ştammı mövcuddur:
“Yaxın gələcəkdə yeni-yeni ştammlar barədə danışılacaq. Bunlar hamısı koronavirusun bir növü olduğu üçün ümumi gediş xüsusiyyətləri və vaksinə qarşı cavab vermə qabiliyyətləri eynidir. “Mü” ştammının qorxulu tərəflərinin olduğunu düşünmürəm. Yeni-yeni ştammların çıxması yaxşıdır, çünki bu, virusun orqanizmə öyrəşməsi deməkdir.
Bir ay sonra başqa bir ştamm gündəmə gələcək. Qeyd etmək lazımdır ki, bu ştammlar orijinal koronavirus ştammından təhlükəli olmayacaq. Yoluxduruculuq qabiliyyətlərində sözsüz ki, fərqlər olacaq. “Delta”nın yoluxduruculuq qabiliyyəti də yüksək idi, lakin patogenliyi koronavirusun Uhan variantından yüksək deyil, bu, daha mülayim şəkildə gedir.
“Mü” ştammı “delta” qədər yoluxucu deyil, patogenin virulentliyi barədə də qorxulu demək olmaz. Hazırda alimlər bu ştammın xüsusiyyətlərini araşdırır. Hesab edirəm ki, vaksinasiya yeni ştammların yaranmasının qarşısını alır. Odur ki, vəziyyətin tədricən düzəlməyə doğru getdiyinə ümid edə bilərik”.



Təhlükəli virus Rusiyaya çatdı
“Delta ştammı”nın Azərbaycana gəlməsi qaçılmazdır – Hande Harmancı
Koronavirusun təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb?
Türkiyədə "Delta+" ştammına yoluxan şəxslər var
Azərbaycanda ciddi qapanmalar OLA BİLƏR - Həkimdən ŞOK XƏBƏRDARLIQ
Azərbaycanda 3-cü dalğa başladı - Professor
Azərbaycanda sərt karantinə hazır olmalıyıq - Professordan QORXUNC XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Azərbaycanda qapanma gözlənilir? - 2 gün sonra...
“”Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur” – Hande Harmancı
“Britaniya ştammı” da mutasiyaya uğradı
Bu təhlükə Azərbaycanın bir addımlığında - VACİB XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 