Ermənistan POQA adlı məktəbdə Türkiyə və Azərbaycana qarşı pulsuz hərbi təhsil verən yeni terror təşkilatı qurub.
ONN media bildirir ki, terrorçuların Feysbuk səhifəsi “Düşmənimiz sərhədin o tərəfindədir” şüarı ilə fəaliyyət göstərir.
Türkiyənin “Haber7” saytının məlumatına görə, Hərbi Vətənpərvərlik Məktəbi (POQA) adlanan qurum PKK və ASALA terror təşkilatları tərəfindən dəstəklənir.
Bu təşkilatın bu ilin martın 20-dən fəaliyyət göstərdiyini bildirən Əsassız Soyqırım İddiaları ilə Mübarizə dərnəyinin rəhbəri Savaş Eğilmez POQA-nın erməni diasporu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb.
Məktəbin ən böyük maliyyəçisi ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni-amerikalı iş adamı Vrej Qriqoryandır.
POQA sosial şəbəkələrdə etdiyi çağırışında 18-55 yaş arası bütün erməniləri və digər ölkələrin vətəndaşlarını Türkiyə və Azərbaycana qarşı işləməyə dəvət edib.
Təşkilat onun üçün işləyəcək şəxslərə 100 dollar maaş verir.
Məktəb hətta Moskvadan İrəvana birbaşa uçuşlar üçün təyyarə biletləri ödəməyi öhdəsinə götürür.
Əsasən gəncləri özünə cəlb edən POQA-da həm kişilər, həm də qadınlar keçmiş hərbi mütəxəssislər tərəfindən hazırlanır. Bu çərçivədə atış, ilkin tibbi yardım, hərbi strategiya və hərbi texnikadan istifadə qaydaları ilə birlikdə psixologiya təhsili verilir. Bununla yanaşı, POQA odlu və soyuq silahlardan istifadə etməyi, partlayıcı maddə hazırlamağı, çöl şəraitində qalmağı, yerli insanlarla ünsiyyət qurmağı, döyüş sənətləri və çətin şəraitdə sağ qalma üsullarını öyrədir.
Təşkilatın Feysbuk səhifəsində “Sərhədin bu tərəfində düşmən axtarmayın. Düşməniniz sərhədin o tərəfindədir. Təhqir və böhtanla bu düşməni məğlub edə bilməzsiniz” qeydi yer alıb.
Avqustun 1-də yeni terror kursuna başlayan POQA-nın gələcəkdə erməni xalqı üçün təhlükə yaradacağını deyən Eğilmez bildirib: “Bu terror təhsili alan nəsil özü kimi düşünməyən digər erməniləri düşmən hesab edib onlara başağrısı yaradacaq”.
Ermənistanın bu təşkilatla Qarabağa qarşı yeni bir həmlə edəcəyi iddia olunub.(teleqraf.com)



Ermənistanda yeni terror təşkilatı yaradıldı - Məqsəd Qarabağdır
Türkiyədən İraqa PKK mesajı: Üzərinə düşəni et!
ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır?
İqdır təxribatına cavab: İrəvan türk torpağıdır
İraqda 600 PKK-çı öldürüldü
Növbəti erməni həyasızlığı: Qarabağı və Naxçıvanı... - Xəritə
Azərbaycanda erməni dilində yeni hərbi sayt yaradıldı
Türkiyədəki terakta Ermənistandan gözlənilməz reaksiya
28 yanvar Kamal Arıkanı “ASALA” qətlə yetirdiyi gündür
SON DƏQİQƏ: Terrorçular 7 türk əsgərini şəhid etdi, 90 yaralı var
MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi
Ermənilərdən Azərbaycana qarşı daha bir təxribat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 