Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər.
Bu barədə hərbi mənbələrdən məlumat verilib.
Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər.
Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.
5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.
Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.
Onların faktiki vəzifələri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçmək, məsləhətlər vermək, yardım göstərmək və dəstək olmaqdır. Azərbaycan hərbçiləri digər ölkələrin qoşunları ilə birlikdə Əfqanıstanın müxtəlif şəhərlərində fəaliyyət göstərirlər.



Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb
Sülhməramlılarımız sakinlərə yardım etdi
Hərbçilərimizdən Əfqanıstanda İNSANLIQ NÜMUNƏSİ - VİDEO
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı
MN Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA YAYDI
Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıtdı
Sülhməramlılarımız Vətənə qayıtdı
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarla bağlı MƏLUMAT YAYDI
Hərbçilərimiz vətənə döndü
Rus sülhməramlıları Qarabağda DÖYÜŞ HAZIRLIĞINA BAŞLADI
Sülhməramlı bölmələrdə təlim məşqləri keçirildi - VİDEO
Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 