Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlı kontingentin növbəti döyüş təlimləri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, sülhməramlılar “şərti düşmənin pilotsuz aviasiyadan istifadə edilməklə mümkün pozuntularının qarşısının alınması və Laçın dəhlizi boyu müşahidə postlarında təhlükəsizliyin təmin edilməsi” üzrə məşq keçiblər.
Məşğələlərin 6 təlim məntəqəsində keçirildiyi bildirilir. “Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”, - məlumatda deyilir.
Bildirilir ki, indiki təlimlərin xüsusiyyətləri müşahidə postunun məsuliyyət zonasında pilotsuz uçan aparatın aşkar edilməsi vəzifələrinin yerinə yetirilməsi olub. PUA aşkar edilməsi barədə məlumat qapalı rabitə kanalları ilə Rusiya sülhməramlı kontingentinin idarəetmə mərkəzinə ötürülüb.
Sülhməramlı kontingentin nümayəndəsi Vladislav Vorobyov bildirib ki, şəxsi heyət zirehli texnikanın dəstəyi ilə döyüş mövqeləri tutub, mövqelərə hərəkət edib. “Məşğələlər praktiki fəaliyyətlərin icra olunduğu kompleks məşqlərlə tamamlanıb”, - o bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti vaxtaşırı olaraq bu cür təlimlər keçirirlər. İndiki təlimlər isə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrinin sərhədçimizə edilmiş hücumun ardınca bağlanmasından (hazırda yol açılıb) sonraya təsadüf edir. Həmin günlərdə erməni KİV-ləri yazmışdılar ki, Laçın dəhlizi boyu Rusiya sülhməramlıları gücləndirilmiş növbətçilik həyata keçirirlər və az qala hər kilometrdən bir patrullar yerləşdirilib. Eləcə də sosial şəbəkələrin erməni seqmentində vaxtaşırı olaraq Azərbaycanın Laçın dəhlizini bağlayacağı haqda şaiyələr yayılır və bu da erməniləri təşvişə salır. (virtualaz.org)



Sülhməramlılar Qarabağda təlimlərə başladı - VİDEO
Qarabağdakı sülhməramlılar nə iş görür?
Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları keçirildi
Azərbaycan qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Sülhməramlılar döyüş hazırlıqlarına başladı - SON DƏQİQƏ
Azərbaycan Ordusu taktiki təlim keçirdi
Azərbaycan Ordusunun PUA bölmələri təlim-məşq uçuşları keçirib - VİDEO
Rusiyadan Laçın dəhlizi ilə bağlı SON AÇIQLAMA
Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ - Əsgərlər qarlı dağlarda... (VİDEO)
Ordumuzda həyəcan siqnalı
Ordumuza həyəcan siqnalı verildi: Döyüş hazırlığı... - Video
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 