Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda, gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Taktiki fəaliyyətlər zamanı qarlı ərazilərdə şəraitə uyğun maskalanmış snayper cütlükləri şərti tapşırıqları yerinə yetiriblər.
Qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb, gecələyiblər.
Taktiki-xüsusi təlimdə şiddətli soyuqlarda qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək yaralıların təxliyyəsi qaydalarını, praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı və xilasedici bölmələr təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.



Xüsusi təyinatlılar Naxçıvanda təlimlərə başladılar
Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇDİ
Naxçıvan qoşunlarında xüsusi məşğələ keçirildi
Azərbaycan Ordusu taktiki təlim keçirdi
Xüsusi təyinatlı bölmələrdə təlim keçirildi - Video
Komando hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirildi - VİDEO
Azərbaycan ordusunun xüsusi təyinatlıları təlim keçirdi - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirildi - VİDEO
Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir – VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib - VİDEO
Müqavimət göstərən “düşmən” məhv edildi - Video
Azərbaycan-Türkiyə təlimləri davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 