ONN İnformasiya Agentliyi

Bir doza vaksin olunanlar kinoteatrlara və əyləncə məkanlarına buraxılacaq? - DİN-dən AÇIQLAMA

Bir doza vaksin olunanlar kinoteatrlara və əyləncə məkanlarına buraxılacaq? - DİN-dən AÇIQLAMA
29-09-2021, 16:08

Fəaliyyətinə icazə verilən sahələr üzrə oktyabrın 1-dən vaksinin iki doza olması tələb olunur.

ONN media bildirir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-ın sorğusuna cavab olaraq deyib.

“Nazirlər Kabinetinin xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə 24 sentyabr qərarına görə isə Azərbaycan Respublikasının şəhər və rayonlarından dəmiryol nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, digər sərnişinlərdən 2021-ci il oktyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir” – açıqlamada bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1 oktyabrdan istirahət və əyləncə məkanlarının, kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti bərpa edilir. Qərarda vurğulanır ki, xidmətlərdən yalnız COVID-19 pasportu olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png