Artıq bir neçə ildir ki, Bakı şəhərində ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqı ödənişlərinin aparılmasının mümkün olacağı deyilir. Əsasən də bu cür açıqlamalarla “Mastercard” beynəlxalq kart təşkilatının Azərbaycan nümayəndələri bir sıra çıxışlar edib. Çünki hazırda Şamaxı rayonunda pilot layihə kimi həyata keçirilən bu sistemin sponsoru da “Mastercard”dır.
Bank kartlarının nəqliyyatda ödəniş vasitəsi kimi istifadəsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biri hesab olunurdu ki, bu layihənin də əsas tərəfdaşı “Mastercard” şirkətidir.
Avtobuslarda bank kartları ilə ödənişlərin həyata keçirilməsi layihəsi haqqında şirkət tərəfindən verilən açıqlamalarda layihənin 2020-ci ildə tətbiq olunacağı deyilsə də, hələ də paytaxtda bununla bağlı hər hansı yenilik edilməyib.
ONN media bildirir ki, məsələ ilə bağlı Ölkə.Az “Mastercard” şirkətinə sorğu ünvanlayıb. Şirkətdən bildirildi ki, Bakı şəhərində sərnişinlərə indiki ilə müqayisədə daha çox seçimlər veriləcək:
“Bakı kimi böyük bir şəhərdə işə salınan açıq dövriyyəli ödəniş sistemlərinə qoşulan çox sayda iştirakçı var. Biz bütün iştirakçılarla işləyirik və şərait münasib olduqda sərnişinlər üçün indiki ilə müqayisədə daha çox seçimlər olacaq. Bu, təkcə təmassız ödənişlər olmamalıdır. Bakının qapalı dövriyyəli ödəniş sistemlərindəki kartların debet və kredit kartları ilə avtomatik və sadə üsullarla doldurulması kimi aralıq həllər mövcuddur. Bu həllər daha asan ödənişə imkan yaratdığı bir vaxtda açıq dövriyyəli ödəniş infrastrukturu da inkişaf edir.
Nəticə olaraq qeyd edək ki, hazırda Şamaxıda açıq dövriyyəli təmassız ödəniş sistemi tətbiq edirik və bu, çox rahat işləyir. Həmçinin, bazar ertəsi və cümə günlərində kartla ödəniş edən bütün sərnişinləri əhatə edən bir kampaniya da həyata keçiririk”.
Beynəlxalq kart təşkilatından həmçinin deyildi ki, layihənin icrasına pandemiya da mane olub:
“Pandemiyanın mənfi təsiri də nəzərə alınmalıdır. Sistem Bakıda hələ işlək olmasa da, onu pilot layihə kimi Şamaxıda həyata keçiririk və çox yaxşı da işləyir. Əminəm ki, gec və ya tez Bakı da Kiyev, Moskva və London kimi debet kart və ya “Mastercard” ilə ödəniş edilən qlobal şəhərlərdən biri olacaq”.



Marşrutlarda ödənişlər bank kartları ilə olacaq - Tarix AÇIQLANDI
Avtobuslardakı kart sistemi ilə bağlı şad xəbər
Bakı metrosunda gediş haqqı ilə bağlı YENİLİK
"Kapital Bank" kartların müddətini uzatdı
Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
Bakı-Sumqayıt qatarında YENİLİK: Artıq bank kartları ilə də...
Bakıdakı elektrik qatarlarında ödəniş necə olacaq?
"Bank Silk Way" in böyük uğuru
Azərbaycanda xəstəxanalarda YENİLİK
Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edildi
Daha iki sərnişin avtobusu nağdsız ödənişə keçdi
Terminallarla pul köçürərkən faiz tutulacaq - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 