Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədsaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür.
ONN media bildirir ki, “Ölkə.Az” məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri “Komtec” Ltd (MilliÖn ticarət nişanı) və “Modenis” MMC (eManat) ilə əlaqə saxlayıb.
“MilliÖn”dən sualımıza cavab olaraq bildirildi ki, yalnız “Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin “MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib.
“eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın "Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyildi:
“eManat” ödəmə sistemi vasitəsilə “Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, - deyə açıqlamada qeyd olunub.
Qurumun çağrı mərkəzindən isə komissiyanın aprelin 1-dən bank tərəfindən tutulacağı deyildi.
“Azər-Türk Bank”ın açıqlamasında isə qeyd olunub ki, debet kartları ilə aparılan əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa “MilliÖn” və “eManat” sistemləri tərəfindən tutulacaq. Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Səbəb kimi isə sözügedən ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılmasının bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratdığı deyildi. Daha əvvəl isə terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar bank tərəfindən qarşılanırdı.



“Milliön” müştəridən kommunal ödənişdə də pul tutur - VİDEO
Sürücülərin və piyadaların DİQQƏTİNƏ
Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
Ölkəmizdə yeni ödəniş sistemi işə salınır
Ödəmə terminallarında YENİLİK
“BakıKart” terminalları hər yerdən götürülür
Azərbaycanda yeni pullar dövriyəyə buraxılır
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ
Avtobuslarda bank kartı ilə ödəniş nə vaxtdan tətbiq olunacaq? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 