Bu gün kirayə mənzil tapmaq ciddi problemə çevrilib. Hazırda demək olar ki, mənzil yoxdur. Yeni tədris ilində ali təhsil müəssisələrində tədrisin ənənəvi qaydada bərpa olunması bu sektora təsirsiz ötüşməyəcək.
ONN media bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, kirayə mənzil bazarında təklif həddən artıq məhduddur: “Bu səbəbdən də təəssüflər olsun ki, kirayə mənzil axtarışında olan tələbələrin, ümumiyyətlə bütün şəxslərin əksəriyyəti bu istiqamətdə çox ciddi problemlərlə qarşılaşıblar. Hesab edirəm ki, bu problem qısa müddət ərzində, hətta yaxın günlərdə qiymətlərin kəskin şəkildə artmasına gətirib çıxaracaq. Hazırda artıq konkret olaraq qiymət artımı və artım meylləri müşahidə olunur. Düşünürəm ki, proses bu şəkildə davam edərsə, kirayə mənzil qiymətlərinin kəskin şəkildə artacağını ehtimal etmək olar”.
Ekspert əlavə edib ki, təhsillə bağlı verilən yeni qərarlar kirayə mənzil bazarında canlanmaya səbəb olub: “Bu gün tələbat çoxdur. Müraciətlərin sayı həddən çox artıb. Kirayə mənzil axtaranların sayının artımı da təbii olaraq qiymətlərin artmasına əsas verir. Hesab edirəm ki, kirayə mənzillərin qiymətində minimum 10-15% civarında artım gözlənilir”.



Mənzil bazarındakı son durum açıqlandı
Bakıda kirayə ev götürmək istəyənlərə ÜZÜCÜ XƏBƏR
Bakıda kirayə mənzillərin qiyməti necədir?
Bakıda kirayə mənzillər niyə ucuzlaşıb? - VİDEO
Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - QİYMƏTLƏR
Kirayə mənzil bazarında son durum
Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Bu ərazilərdə kirayə mənzillər bahalaşıb- SƏBƏB NƏDİR?
Kirayə mənzil bazarında SON VƏZİYYƏT - VİDEO
Kirayə mənzil bazarında vəziyyət necədir?
Yeni dərs ili bağlı kirayə mənzillərin qiyməti bahalaşdı
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 