Bu il daşınmaz əmlak bazarının, xüsusilə alğı-satqı əməliyyatlarının bütün dinamik göstəriciləri ötən illərlə müqayisədə mənfiyə doğru dəyişəcək. Bunu açıqlamasında əmlak eksperti Ramil Osmanlı koronavirusla əlaqədar tətbiq edilən karantin rejiminin daşınmaz əmlak bazarına təsiri barədə danışarkən deyib. O bildirib ki, karantinin yekunlaşması daşınmaz əmlak və digər istehlak bazarında vəziyyətin əvvəlki vəziyyətə qayıdacağını proqnozlaşdırmağa əsas vermir: “Burada dünya üzrə makroiqtisadi aktivliyin azalmasından və dünya iqtisadiyyatında problemlərin yaranmasından söhbət gedir. Mövcud vəziyyətlə əlaqədar bütün istehlak bazarında olduğu kimi, daşınmaz əmlak bazarında da ortaya çıxan vəziyyət qısa müddətdə dəyişməyəcək. Bu səbəbdən hesab edirəm ki, bu il üçün vəziyyətin stabilləşəcəyini düşünmək tezdir. Müşahidələr onu göstərir ki, 2020-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin azalması gözlənilir. Eyni zamanda aktivlik xeyli dərəcədə aşağı düşəcək. Ölkəmizə turist axınının əvvəlki səviyyə qayıtması da hələlik mümkün deyil. Buna görə də daşınmaz əmlak bazarında hələ ki daha çox mənfi dinamikanı müşahidə edə bilərik”. Ekspert onu da bildirib ki, kirayə mənzillərin qiymətində də dəyişiklik olacaq: “Kirayə mənzil bazarı Azərbaycanda həssas məsələdir. Tələb həddən artıq yüksək, təklif isə azdır. Buna baxmayaraq, hesab edirəm ki, bu proseslər kirayə mənzil bazarına da təsir edəcək. Artıq qiymətlərin azalması müşahidə olunmaqdadır. Bu, kirayə mənzil verənlərin mövcud şəraitdə qarşı tərəfə güzəşt etmək istəyi və mənzillərin boş qalmaması üçün atılan addımlar hesabınadır”.
Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır



Mənzil bazarındakı son durum açıqlandı
Ev almaq istəyənlərə şad xəbər
Ev almaq istəyənlərə pis xəbər
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda mənzilin və torpağın qiyməti artdı
Bakıda mənzillərin qiyməti qalxıb
Mənzil bazarında bahalaşma var
Bakının mənzil bazarında artım
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Mənzillərin qiyməti ilə bağlı AÇIQLAMA
Evlər bahalaşmağa başlayıb — SƏBƏBLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 