Suriyadakı qeyri-qanuni xarici silahlı qüvvələr ölkənin sabitlik yolu ilə irəliləməsinə imkan vermir.
ONN media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşdə deyib.
Rusiya lideri bildirib ki, əsas problem xarici silahlı qüvvələrin BMT-nin qərarı olmadan Suriyada yerləşdirilməsidir: “Bu, beynəlxalq hüquqa açıq şəkildə ziddir. Bu qüvvələr sizin tələbəniz olmadan ölkənin müəyyən ərazilərində yerləşib. Bu isə ölkəni yenidən ayağa qaldırmaq üçün maksimum səy göstərmək, bütün ərazinin mümkün olacaq bir sürətdə qanuni hökumət tərəfindən nəzarət altına alınmasını təmin etmək və bu şəkildə irəliləmək yolunda əngəldir”.
V.Putin Bəşər Əsədlə görüşdə qeyd edib ki, Rusiya və Suriyanın birgə səyləri terrorçulara zərbə vurub, Suriya hökuməti ölkə ərazisinin 90 faizdən çoxuna nəzarət edir.
Rusiya lideri həmçinin Əsədin dialoq qurmaq üçün çox iş gördüyünü bildirib və bu prosesin davam edəcəyinə ümid etdiyini əlavə edib: “Bilirəm ki, bunun üçün çox şey edirsiniz, o cümlədən siyasi rəqiblərinizlə dialoq qurursunuz. Ümid edirəm ki, bu proses davam edəcək”.
Qeyd edək ki, Vladimir Putinlə Bəşər Əsədin görüşü Kremldə baş tutub.



Putindən ƏMR: Türk hərbçilərinin olduğu bölgə mühasirəyə alınır və...
Putin Əsədlə görüşdü
Dünyanın gözü bu görüşdə - BAŞLADI
Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir
Putindən Türkiyə-Rusiya "müharibəsi" ilə bağlı İLK AÇIQLAMA
Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır - Putin mesaj göndərdi
Putin: Suriyada istədiyimizə nail olduq
Putinlə Kim Çenin təkbətək görüşü başladı
Putindən Ərdoğana ABŞ-ı oyundan çıxaracaq TƏKLİF
Əsəd Putinə tablo hədiyyə etdi
Ərdoğan və Əsəd görüşəcək?- RƏSMİ AÇIQLAMA
Sülhməramlılar bu vaxt ölkəni tərk edəcək – Qazax səfir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 