Rusiya Hərbi Dəniz Donanması Suriyadakı Tartus hərbi bazasına "Kalibr" raketləri ilə silahlanmış dörd sualtı qayıq göndərib. "Varşavyanka" layihəsindən olan bu sualtı qayıqlar dizel-elektrik mühərrikləri ilə təchiz olunub. Bu haqda Rusiya mənbələri bildirir. Daha bir sualtı qayıq isə Aralıq dənizinin neytral sularında üzür.
ONN media bildirir ki, sualtı qayıqların göndərilməsi Suriyanın şimalında, İlibdə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbərlər var ki, Suriya ordusu bölgəni müxalif yaraqlılardan təmizləmək üçün yeni irimiqyaslı əməliyyatlar planlaşdırır. Hətta bəzi mənbələr Əsəd ordusunun hücumunun "hər an başlaya biləcəyini" deyirlər. Belə xəbərlər Bəşər Əsədin bir neçə gün əvvəl Moskvaya sürpriz səfərindən sonra yayılmağa başlayıb. Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Suriyanın əsas probleminin "dəvət olmadan bu ölkənin ərazilərinin bir hissəsində yerləşən xarici hərbi qüvvələr" olduğunu demişdi.
Habelə son günlər Rusiya aviasiyası İdlibdə müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. O cümlədən regiondakı Türkiyə ordusu mövqelərinin bilavasitə yaxınlığına raketlərin atılması faktları qeydə alınıb.
Bütün bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində baş verir. Gözlənilir ki, Ərdoğanla Putinin danışıqlarının əsas mövzusu Suriya olacaq. / virtual.az



Argentinanın sualtı qayığı yoxa çıxdı
İran ordusunun sualtı gəmiləri yeni raketlə təchiz olunacaq
Rusiya Yapon dənizində raket atdı
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb
Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub
Putinlə Əsəd arasındakı görüşün DETALLARI AÇIQLANDI
HƏYƏCANLI ANLAR - Sualtı qayıq yük gəmisi ilə toqquşdu
Rusiya dünyaya meydan oxudu
Rusiya ilk dəfə bu ərazidə hərbi təlimə başlayır
Türklər bu silahla bizdən üstün olacaq - Afinadan baxış
Rusiya ordusu Suriyada geri çəkildi - ŞOK İDDİA
Argentinanın itən sualtı qayığı ilə bağlı SON MƏLUMAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 