Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
ONN media xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədilə qərara alınır.
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (bundan sonra – ərazilər) minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından (bundan sonra – minalardan və hərbi sursatdan) təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etsin;
1.3. bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra – minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları) arasında tapşırıqların bölgüsünü (bundan sonra – tapşırıqlar bölgüsü) həyata keçirsin, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görsün;
1.5. Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin etsin;
1.6. ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Agentlik:
2.1. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin;
2.3. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin;
2.4. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının (bundan sonra – məlumat bazası) dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etsin;
2.5. tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları:
3.1. minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər;
3.2. minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər;
3.3. aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər:
3.3.1. məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;
3.3.2. tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;
3.3.3. minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.



ANAMA ləğv edildi - SƏRƏNCAM
Prezident FƏRMAN İMZALADI
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
İlham Əliyev bu Əsasnaməni təsdiqlədi
Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı
Prezident sərəncam imzaladı
SON DƏQİQƏ: İlham Əliyev hərbi vəziyyətlə bağlı FƏRMAN İMZALADI
SON DƏQİQƏ: Azərbaycanda bu qurum ləğv edildi - FƏRMAN
Prezident daha bir fərman imzaladı
Prezident İlham Əliyev fərman imzaladı
Sentyabrın 27-dən indiyədək nə qədər mina və PHS aşkarladığı açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 