İranın 50-yə yaxın yük maşını Gorus-Qafan yolunda qalıb.
ONN media xəbər verir ki, iranlı sürücülər yolun erməni tərəfinə düşən hissəsini etiraz olaraq bağlamaq istəyirlər.
Buna səbəb sürücülərin Azərbaycan tərəfinə gömrük rüsumu ödəmək istəməməsidir.
Sürücülər bildirir ki, onlar Mehriyə daxil olanda Ermənistana rüsum ödəyirlər. Buna görə də əlavə olaraq Azərbaycan tərəfinə rüsum ödəmək niyyətində deyillər.
Ermənistan mediası iddia edir ki, Azərbaycan İranın yük maşınlarından 100-300 dollar arası ödəniş tələb edir. Bəzi iranlı sürücülərə yoldan istifadəyə icazə verildiyi, amma geri qayıdan zaman hər iki tərəf üçün ödənişin alınacağı bildirilir.
Bununla yanaşı, Azərbaycan İran sürücülərinin ödənişi ya dollarla, ya da manatla etməsini tələb edir. Dramla ödəniş qəbul olunmur.
Ermənistan tərəfi problemi həll etmək üçün İran sürücülərinə alternativ olaraq Tatev yolundan istifadə etməyi təklif edir. Lakin bu yol əlverişsiz olduğu üçün sürücülər qəbul etmir. Yol dar və bərbad vəziyyətdədir, hətta yoldan istifadə edən yük maşınlarından biri qəzaya düşüb, nəticədə benzin çəni sınıb.
Ermənistan tərəfinin Gorus-Qafan yolunun Azərbaycan tərəfinə düşən istiqamətində yolu bağlaması diqqət çəkir.
Buna səbəb İran sürücülərinin təklif olunan alternativ yola yönləndirilməsidir. Çünki ödəniş edə bilməyən, yaxud etmək istəməyən İranlı sürücülər etiraz edir, həmçinin yolda 50-ə yaxın yük maşını qalıb.
Ermənistan baş naziri Nikol Paşinyanın dünən Gorus-Qafan yolu ilə bağlı açıqlaması da göstərir ki, İrəvan məsələni həll edə bilməyəcəyini anladığı üçün problemin Azərbaycan və İran arasında həll edilməsini gözləyir.



DİQQƏT- Bu yol yenidən bərpa olundu
Azərbaycan manatı ermənilər üzərində təsir qazana bilər
İran maşınları İrəvana Azərbaycandan gedir- Bəs Azərbaycanın qazancı nədir?
Ermənistanla İran arasındakı tək yol bağlandı
Azərbaycan Gorus-Qafan yolunda rüsum alır?
Azərbaycan yeni əməliyyata hazırlaşır, Rusiya isə... - Ermənilər QORXU İÇƏRİSİNDƏ
İran dayanmır: TIR-lar İrəvana nələr daşıyır? – VİDEO
Ödənişli yolda niyə əlavə pul alınır?
Ermənistan bu kəndlərin Azərbaycan ərazisi olduğunu tanıdı
Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...
İran səfiri XİN-ə çağırıldı- SƏBƏB NƏDİR?
Azərbaycan erməni hərbçini geri qaytardı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 