Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rəfael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
ONN media xəbər verir ki, prosesdə bildirilib ki, təqsirləndirilən şəxsin vəkili Tərlan Azayev koronavirus infeksiyasına yoluxub. Hakim qeyd edib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan proses davam etdirilə bilməz. Bu məqsədlə məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.
İttihama görə, 2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, istintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Bakupost.az)



Oqtay Əsədova ev tikmək üçün “Şərurlu İsfəndiyar”dan 200 min aldı - ŞOK FAKTLAR
SON DƏQİQƏ: Rafael Cəbrayılovun qardaşı saxlanıldı
SON DƏQİQƏ: Həbsdə olan sabiq deputat vəfat etdi
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Rafael Cəbrayılovdan xəbər var
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Casusluq edən ermənilərin məhkəməsi keçirildi
Eldəniz Səlimovun məhkəməsi başladı
Rafael Cəbrayılova cinayət işi açılacaq? – Baş prokurordan açıqlama
Erməni casuslarının məhkəməsi keçirilir
Rövşən Əkbərovun məhkəməsi təxirə salındı
Milli Məclisdə MÜHÜM MÜZAKİRƏ: Eldəniz Səlimovun...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 