Abşeron rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb. ONN media, hakim Habil Əhmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesi qeyri-müəyyən günə qədər təxirə salınıb. Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir. X.Nəcəfova Rafael Cəbrayılov barəsində Abşeron rayon Məhkəməsində maddi ziyan ödənilməsi ilə bağlı iddia qaldırıb. Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı bir müddət əvvəl xəbərlər yayılıb. O, T. Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa X. Nəcəfova adlı daha bir qadından da borc alıb. Rafael Cəbrayılovun, həmçinin, M. Qurbanova, O. Hacıyev, S. Məmmədova və onun oğlu F. Əliyevə də borcu olduğunu ortaya çıxıb. Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.



Rafael Cəbrayılov məhkəməyə verildi
Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Azərbaycanda deputatın gizli videosu yayıldı
Rafael Cəbrayılov mandatını itirə bilər
Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub?
Sabiq deputatın borclarının siyahısı açıqlandı
Rafael Cəbrayılovun qardaşı həbs edildi
Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?
SON DƏQİQƏ: Rafael Cəbrayılovun qardaşı saxlanıldı
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
Rafael Cəbrayılova cinayət işi açılacaq? – Baş prokurordan açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 