Təhsil müəssisələrində pandemiya dövründə yeməkxanaların hansı qaydada işləyəcəyi müəyyən edilib.
ONN media xəbər verir ki, bu barədə məsələ Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur, təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır, ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır, yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır.
Həmçinin yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır, yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir, yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla), təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.



Baş nazirdən təhsillə bağlı YENİ QƏRAR
Ali və orta məktəblərdə müəllimlərə QADAĞA
Məktəblərdə yeməkxanalar da işləməyəcək?
Bu məktəblərdə korona pasportu tələb olunmayacaq
Onlar işə getməsələr də, MAAŞ ALACAQLAR
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Azərbaycanda şagirdlərlə bağlı bu tələb də LƏĞV OLUNDU
Dərslər neçə dəqiqə olacaq? - AÇIQLANDI
Bu tarixdən sonra yeni qaydalar tətbiq ediləcək - RƏSMİ
Distant təhsil tələbi LƏĞV OLUNDU
Azərbaycanda daha 3 məktəb BAĞLANDI
Bakıda bu məktəbdə əyani tədris dayandırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 