İqlim miqrasiyası artıq ABŞ-da başlayıb. Ancaq bunun üçün tələb olunan qiyməti ödəmək lazımdır.
ONN media xəbər verir ki, zəngin amerikalılar təbii fəlakətlərdən zərər çəkmiş bölgələri tərk edirlər.
Zənginlər təhlükəsiz ərazilərə gedərkən onların tərk etdikləri mənzilləri yoxsul əhali alır. Son araşdırmalara görə, ABŞ sakinlərinin təxminən yarısı ekstremal hava şəraiti səbəbindən köçməyi planlaşdırır. İnsan axınının lideri Kaliforniyadır. Burada yanğın və quraqlıq anomal hadisələrdən ilboyu müşahidə edilən hadisələrə çevrilib.
Kataklizmlər daşınmaz əmlak bazarını yenidən formalaşdırır. Amerikalıların 79 faizi təbii fəlakətlərin çoxaldığı ərazilərdə ev almayacaqlarını bildirib. Demək olar ki, eyni fazi nisbətində respondentlər həddindən artıq isti şəraitdə və ya dəniz səviyyəsinin yüksəldiyi bölgələrdə yaşamaq istəmirlər.
“2100-cü ilə qədər bütün Amerika sahillərinin su altında qalacağı güman edilir. Mayami-Deyt və ya Nyu-York kimi böyük şəhərlər suya qərq olacaq. Bu vəziyyətdə söhbət Amerikanın daxili ştatlarına köçmək məcburiyyətində qalan on milyonlarla insandan gedəcək”, - deyə politoloq-amerikaşünas Malek Dudakov deyib.
Şimali Amerika qitəsində köç yalnız daxillə bağlı deyil. Son bir il ərzində 1,5 milyon insan ABŞ sərhədini qanunsuz keçib. Misal üçün, uzağa getmək lazım deyil. Son miqrant qalmaqalı Haitidən qaçqın axını səbəbindən başlayıb. Ağ Evin onları deportasiya etmək qərarı hüquq müdafiəçilərinin sərt tənqidinə səbəb olub.
Alimlər iqlim faktorunun getdikcə daha çox insanları yerdəyişməyə məcbur etdiyini düşünürlər. BMT-nin bu həftə yayılan hesabatında 2050-ci ilə qədər planetdəki iqlim miqrantlarının sayının 200 milyonu keçəcəyi bildirilir.



Daha bir ölkədə fövqəladə vəziyyət elan olundu
Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Ev almaq istəyənlərə şad xəbər
NASA-dan QORXUNC PROQNOZ: Hər kəs MƏHV OLACAQ
Ərdoğandan Rusiyanı tərk edən nəhəng şirkətlərə ÇAĞIRIŞ
Dünyadakı çimərliklərin yarısı su altında qala bilər - ARAŞDIRMA
Ermənilər Göyçədən niyə qaçır?
83 milyon insan həyatını itirə bilər - QORXUNC PROQNOZ
İsti hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: gələn həftə...
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
Hava kəskin dəyişəcək
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 