Koronavirusla bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrlə yanaşı daşınmaz əmlak bazarına da təsir göstərəcək. ONN media xəbər verir ki, bu barədə Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, digər sahələrlə müqayisədə, koronavirusun əmlak bazarına təsir göstərməsi üçün bir müddət lazımdır: “Gələn aydan biz bu təsiri hiss edəcəyik. Həm mənzillərin qiymətlərində, aktivlikdə, həm də mənzil portfelinin həcmində bu təsir özünü göstərəcək. Yəni bütün göstəricilərdə biz bu təsiri hiss edəcəyik. Amma bu gün daşınmaz əmlak bazarında qiymətlər artıq tədricən düşməyə başlayır. Ancaq onun haqqında tam fikir söyləmək bu gün tezdir”. Ekspert vurğulayıb ki, koronavirusun daşınmaz əmlak bazarına təsiri karantin rejiminin müddətindən asılı olacaq: “Hadisələrin gedişatından asılı olaraq bu təsir qısa, orta və uzunmüddətli olar bilər. Bunların təsir dairəsi isə təbii ki, müxtəlifdir. Qısamüddətli olarsa (1-2 ay), demək olar ki, heç bir ciddi təsir göstərməyəcək. Ortamüddətli (2-3 ay) olarsa, təbii ki, bazara təsir göstərəcək, qiymətlərdə 10-12 faiz civarında azalma olacaq, uzunmüddətli (3 aydan daha artıq, 5 ay-1 il) olarsa, 20-25 faizə qədər qiymət azalması ola bilər”. N.İbrahimov əlavə edib ki, koronavirusun təsiri aradan qalxdıqdan sonra əmlak bazarı da tədricən özünü bərpa edəcək: “Təbii ki, virusun təsiri aradan qalxdıqdan, karantin rejimi ləğv olunduqdan 2-3 ay sonra bazar əvvəlki vəziyyətini bərpa edəcək və o zaman bazarda aktivliyin artması da gözləniləndir”.
Ev almaq istəyənlərə şad xəbər



Bakıda kirayə mənzillər sürətlə ucuzlaşır
Ev almaq istəyənlərə pis xəbər
Bakıda mənzilin və torpağın qiyməti artdı
Mənzil bazarında bahalaşma var
Bakıda mənzillərin qiyməti artıb?
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakının mənzil bazarında artım
Bakıda mənzillərin qiyməti qalxıb
Mənzillərin qiyməti ilə bağlı AÇIQLAMA
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 