Şimali Karolina Universitetinin virusoloqu Timoti Şien və komandası COVID-19 diaqnozu qoyulduqdan dərhal sonra virusla mübarizə apara və simptomların inkişafının qarşısını ala biləcək qısamüddətli gündəlik həb kursu üzərində çalışdıqlarını açıqlayıblar.
ONN media xəbər verir ki, universitetin elm adamları antiviral dərmanların koronavirusun qarşısını aldığını qeyd ediblər.
Virusun qarşısını ala biləcək antiviral müalicənin test mərhələsində olduğunu ifadə edən Şien "Oral antiviral dərmanlar nəinki insanın xəstəlik müddətini qısaldır, həm də xəstə olsanız, evinizdəki digər insanlara ötürülməsini də məhdudlaşdırır", deyə qeyd edib.
Antiviral inkişafa nəzarət edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun QİÇS Şöbəsinin müdiri Karl Difinbak ən azı üç perspektivli antiviralın klinik sınaqdan keçirildiyini və nəticələrin payızın sonu və ya qışda açıqlanacağını bildirib.
İndiyə qədər yalnız "Remdesivir" adlı antiviral COVID-19-un müalicəsi üçün təsdiq edilib. Şien bu preparat üzərində də preklinik tədqiqatlar aparır. Nəticələr müsbət olarsa və hər hansı bir məhsul üçün dərhal istifadəyə icazə verilərsə, dərmanın sürətlə paylanacağı qeyd olunub.(publika.az)



Koronavirusun çoxalmasını bloklayan dərman tapıldı
Alimlər koronavirus əleyhinə yeni vasitə tapdılar
Azərbaycana yeni dərmanlar gətiriləcək
Koronavirusun yeni simptomları: Qusma, ishal...
Koronavirusa qarşı dərman TAPILDI
ŞAD XƏBƏR: Koronavirusu məhv edən təbii vasitə tapıldı
Teymur Mustafayev koronavirusdan vəfat edib - RƏSMİ
Yeni ştamma görə test hazırlandı
Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi
İnqilabi KƏŞF: insultdan bir saat sonra verilsə...
İsti hava koronavirusun yayılmasının qarşısını alır? - İnstitut rəsmisi AÇIQLADI
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 