Alman alimləri koronavirusa qarşı təsirli ola biləcək yeni dərmanları açıqlayıb. ONN media xəbər verir ki, tədqiqatın nəticələri Mainz Universitetinin saytında dərc edilib. Mainz Universitetinin (Almaniya) mütəxəssisləri MOGON II superkompüterindən istifadə edərək SARS-CoV-2 ilə mübarizədə antiviral dərmanların effektivliyini təhlil edib. Cihaz açıq məlumat bazalarında təsvir olunan 42 min müxtəlif tibbi maddə ilə 30 milyard vahid hesablama aparıb. “Bu kompüter simulyasiya üsulu - molekulyar yerləşdirmə kimi tanınır və elmdə uzun illərdir istifadə olunur”, - deyə həkimlər bildirirlər. Təxminən iki ay davam edən araşdırmalara əsasən, superkompüter SARS-CoV-2 virus hissəciklərini bağlamaq və zərərsizləşdirmək qabiliyyətinə malik anti-hepatit C dərmanlarını tapıb. Bunlara simeprevir, paritaprevir, grazoprevir və velpatasvir daxildir. Kompüterin hesablamalarını yoxlayan alimlər SARS-CoV-2 və Hepatit C törədicisinin təktelli RNT viruslarına aid edilə biləcəyini qeyd edib. “Elmi işimizin nəticələri laboratoriya təcrübələri və klinik sınaqlar ilə təsdiqlənməlidir”, - deyə tədqiqat iştirakçısı professor Tomas Effert bildirib. Aprel ayının sonunda beynəlxalq alimlər qrupu koronavirusla mübarizədə lamaların ifraz etdiyi antikorların faydalarını kəşf edib. İddia olunur ki, potensial dərman mümkün infeksiyadan ən az bir ay əvvəl xəstələrə verildiyi təqdirdə təsirli olur. Həm də COVID-19 zamanı ağırlaşma riskini azalda bilər.(publika.az)
Koronavirusa qarşı dərman TAPILDI



Alimlər koronavirus əleyhinə yeni vasitə tapdılar
Koronavirusun çoxalmasını bloklayan dərman tapıldı
Koronaya qarşı virus tapıldı
Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
Koronavirus bu müddət ərzində ÖZÜNÜ BİRUZƏ VERİR - Alimlər açıqladı
Koronavirusun müalicəsində bu dərmanlardan istifadə edilir
Koronavirusu məhv etməyin yeni yolu tapıldı - Saniyələr içində YOX OLUR
Hepatit B-nin əlamətləri necə olur? - HƏKİM AÇIQLADI
Alimlər koronaya qarşı bu dərmanı məsləhət gördü
Koronavirusun simptomsuz daşıyıcıları ilə bağlı MARAQLI XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 