“Dünya koronavirusundan qorxaraq yaşamamalıdır. Covid-19 idarə oluna biləcək. Hazırda koronavirus daha idarə edilə bilən hala gəlib. Buna baxmayaraq, yeni normalara öyrəşməli olacağıq. Çünki bu virus illərlə bizimlə olacaq”.
ONN media xəbər verir ki, bu sözləri “BioNTech”-in tibb üzrə baş direktor müavini Özlem Türeci Amerikanın CNBC kanalında “Conversation” verilişində deyib. Ekspert bildirib ki, virusun yeni mutasiyaları ortaya çıxmağa davam edəcək:
“BioNTech olaraq yeni variantları daim qiymətləndiririk, hələ yeniləri də yaranacaq. Üçüncü doza vaksin hazırda aktiv olan variantlara qarşı immun reaksiyanı artırır və qoruma təmin edir. Biz nəzarət qurumları və təşkilatlarla işləyirik. Yeni variantlara qarşı hazır və sürətli olmalıyıq. Lakin epidemiyanın gedişi üçün daha çox məlumat lazımdır. Amma belə görünür ki, hər 12 və ya 18 aydan bir koronovirusa qarşı vaksinasiya təkrarlana bilər”.
Alim qeyd edib ki, “Oxford” və “AstraZeneca” peyvəndlərinin hazırlanmasında qadınlar yaxından iştirak edir: “Cins balansı elmdə çox vacibdir. “BioNTech”-in müvəffəqiyyətini şərtləndirən amillərdən biri də budur. İşçilərimizin demək olar ki, yarısı qadınlardır və rəhbər vəzifələrdə çalışırlar. Ancaq onu da qeyd edim ki, komandamıza xanımları yalnız cinsiyyət kvotasını doldurmaq üçün işə götürmürük. Tamamilə təbii seçirik və işçilərimizin yarısı qadınlardır”.(publika.az)



COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
"Delta" ştammına qarşı ƏN EFFEKTLİ vaksin açıqlandı
Məşhur virusoloq “omikron”u canlı vaksin adlandırdı
Məşhur professordan “Omikron” AÇIQLAMASI
Azərbaycana nə qədər vaksin gətirilib?
İcra başçısı peyvənd olundu
İnfeksionistdən vaksinlə bağlı ŞOK AÇIQLAMA
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi 