Prezident Administrasiyasının rəsmilərinin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən QHT və ictimai birliklərin üzvlərindən ibarət 70 nəfərlik nümayəndə heyəti Gəncəyə səfər edib. Turan Araşdırma Mərkəzindən ONN media -ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Vətən müharibəsində Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edib. Səfər çərçivəsində Gəncənin Heydər Əliyev Mərkəzində yerli QHT nümayəndələrinin də iştirakı ilə konfrans keçiriləcək, Nizami Gəncəvinin məqbərəsi ziyarət olunacaq. Qeyd edək ki, ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Reket hücumu zamanı bir ailə tələf olmuşdur. Bu hücumlar nəticəsində şəhərə ciddi ziyan dəymişdir. İldönümü ilə bağlı keçirilən tədbrdən fotoları təqdim edirik: https://youtu.be/grN4i25TgYc
QHT nümayəndələri Gəncə terrorunun qurbanlarını andı - FOTOLAR



Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
İtaliya parlamentinin üzvləri Gəncəyə səfər etdi
Gəncə terrorundan 3 il ötür
İtaliyalı diplomatlar Gəncədə səfərdədir
Ukraynalı jurnalistlər Gəncədə səfərdədir
QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər
Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Baş prokuror Gəncə şəhərində səfərdədir
Almaniyanın səfiri GƏNCƏDƏ
Gəncənin atəşə tutulması zamanı 1 erməni də yaralandı
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 