Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.
ONN media xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, baş prokuror səfər çərçivəsində ilk olaraq şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül qoyub.Kamran Əliyev daha sonra, Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.
Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub.Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.
Baş prokurora cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.
O da qeyd edilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub.
Raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər Prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.



Azərbaycan və Türkiyənin Baş prokurorları Gəncədə səfərdədir (YENİLƏNDİ)
Pakistan və Yaponiya jurnalistləri Gəncəyə getdilər
Ukraynalı jurnalistlər Gəncədə səfərdədir
Cinayət işi başlandı - Kamran Əliyev
Belarus səfiri Gəncəyə səfər etdi
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
Gəncədə törədilən növbəti terrordan 2 il ötür
İtaliya parlamentinin üzvləri Gəncəyə səfər etdi
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfirilə görüşdü
Kamran Əliyev BU RAYONLARA yeni prokuror təyin etdi
Kamran Əliyevlə Kəmaləddin Heydərov Gəncəyə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 