Son günlərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalan İranın daha bir təxribatı üzə çıxıb.
ONN media xəbər verir ki, bu, Vətən müharibəsi vaxtı baş verib.
"Caliber" yutub layihəsinin hazırladığı sujetdə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olubmuş.
Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.
Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!
Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb.
Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafətə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.
Daha ətraflı videosujetdə tanış ola bilərsiniz.(publika.az)



Azərbaycanda quru sərhədləri niyə açılmır?
Vətən müharibəsi xronikası- 14 oktyabr
Azərbaycan Gorus-Qafan yolunda rüsum alır?
Nazir İran-Azərbaycan münasibətlərindən danışdı
İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA
Vətən Müharibəsi Qəhrəmanlarına BU GÜZƏŞTLƏR ediləcək - QƏRAR VERİLDİ
İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir - Hacıyev
İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi – Müharibə BAŞLAYIR?
Qarabağın azad olunmasının ilk müsbət təsiri budur - Ruhani AÇIQLADI
Əfqanıstan hərbçiləri Özbəkistana daxil oldu
13 iranlı Xankəndiyə qanunsuz girdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 