“Netflix”də yayımlanan “Konvergensiya: böhran içində cəsarət” adlı sənədli filmdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus nəhayət virusu tanımağa başladıqlarını deyib.
ONN media xəbər verir ki, sənədli film 2020-ci il ərzində Çin, ABŞ, Braziliya və Peru kimi ölkələrdə COVID-19 pandemiyası ilə mübarizə aparan həkimlərin, təcili yardım işçilərinin, xəstələrin işlərindən və həyatlarından danışır.
Filmdə dünyanın sağlamlıq sistemlərinin və siyasi qüvvələrinin bu böhranı necə idarə etdiyinə dair mövzulara yer verilib, eyni zamanda zəngin və kasıb ölkələr arasındakı ayrı-seçkiliyə diqqət çəkilib. ÜST direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, ən böyük məyusluq odur ki, yoxsul ölkələr peyvənd çatışmazlığından əziyyət çəkdiyi halda, zəngin ölkələr gücləndirici dozalara keçib.
Sürətli peyvəndlənmənin dünyanın pandemiyaya qarşı ən böyük silahı olduğu vurğulanan sənədli filmdə zəngin və kasıb ölkələr üçün vaksin tədarükü arasındakı uçurumun davam etdiyi qeyd olunub. Əlavə olunub ki, Amerika Birləşmiş Ştatları bir milyard dozadan çox peyvəndi digər ölkələrə çatdıracağını vəd etsə də, sözünün yalnız beşdə birini yerinə yetirə bilib.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru özünün və həmkarlarının pandemiya dövründə dəfələrlə ölüm təhdidlərinə və irqçi hücumlara məruz qaldığını ifadə edib.
Ölüm təhdidləri ilə əlaqədar efiopiyalı sağlamlıq mütəxəssisi “Buna əhəmiyyət vermirik, çünki insanlar ölürdü. Özümüzü deyil, dünyanı düşündük. Mənim üçün COVID-19 həqiqətən qlobal cəmiyyət olaraq hərəkət etməyə səsləyən çağırışdır” deyib.
ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan isə dünyanı cənginə alan bu virusun mənşəyinin araşdırıldığını bildirib. O, Elmi Məsləhətçi Qrupun (SAGO) COVID-19-un mənşəyini tapmaq üçün son şans ola biləcəyini vurğulayıb. Bundan başqa, Rayan bildirib ki, elmi qrup epidemiya potensialı olan patogenlərin mənşəyini müəyyən etmək və yönəltmək üçün qlobal çərçivə hazırlamağı tövsiyə edəcək.



Ən qısa zamanda Azərbaycana 84 min peyvənd göndəriləcək - ÜST
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
ÜST -dən üzücü XƏBƏR
20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - VİDEO
Dünyanın 23 ölkəsində yeni "omikron" ştamı aşkarlandı
ÜST-dən peyvənd pasportlarına dair QƏRAR
ÜST koronavirusla bağlı vəziyyəti açıqladı
Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqləndi
Yoluxmada REKORD: ÜST-dən CİDDİ XƏBƏRDARLIQ
Prezident ÜST rəhbəri ilə videokonfrans formatında GÖRÜŞDÜ
İlham Əliyev Sağlamlıq Günü münasibətilə müraciət etdi
İspaniyada COVID-19 qurbanlarının sayı 84-ə yüksəlib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 