Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son anda” adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur. Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib. Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki “Zaporojets” markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən “Son anda” adlanır. Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin “şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. “Son anda” filmində arxiv kadrlar da yer alacaq. Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. “Son anda” yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq. https://youtu.be/ds8D3DY-yvI
20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - VİDEO



“Şaban” haqqında sənədli film çəkildi
Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEO
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlandı - VİDEO
"Vətən yaşasın" adlı filmin çəkilişinə başlanılıb
Rəisinin helikopter qəzası: sirləri açan film çəkildi
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb
Turan Araşdırma Mərkəzi – Ağdamda
“Zəngəzur” sənədli filminin təqdimatı olacaq
AzTV yeni yayım formatına keçəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 