Bir qrup hüquq müdafiəçisi BMT-nin İnsan Hüquqları Komitəsi və "Amnesty İnternational" Təşkilatına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Biz, Azərbaycanın fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda həbs olunan fəalların taleyindən narahatlığımızı bildiririk.
Artıq bəlli olduğu kimi, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi qonşu İranda yaşayan əslən azərbaycanlı olan vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib. Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.
Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mostafa Pərvin, Morteza Pərvin, Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Çolani İran İslam Respublikası Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən təqsirli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərdikləri ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər. Həmçinin Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.
Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıblar.
Biz, Azərbaycanın hüquq müdafiəçiləri İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir və Sizdən bizim tələbimizə dəstək vermənizi xahiş edirik".
Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Helsinki Vətəndaş Cəmiyyətinin Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Azərbaycan İnsan Hüquqları Mərkəzinin sədri Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqramlar koordinatoru Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı imzalayıblar.



İranda aksiya zamanı öldürülənlərin sayı artdı
İrandan daha bir ETİRAZ: "Cəfəngiyatdır..."
Ombudsman Gəncə terroru ilə bağlı bəyanat yaydı
İranda bir gecədə 261 nəfər həbs edildi
İranda aksiyaya çağırış edən fəallar həbs edildi
Çingiz Qənizadəyə YAP-ın vəsiqəsi verildi
Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərlə bağlı MÜRACİƏT
SON DƏQİQƏ: Bakıda Rusiya səfirliyi qarşısında Fuad Abbasovla bağlı aksiya - FOTOLAR
Azərbaycanlılar ermənilərə görə həbs edildi
Güneylilər Almaniyada aksiya keçirdi
Prezidentin qadın hüquq müdafiəçilərinə BAYRAM HƏDİYYƏSİ
Güneyli fəallar polis idarələrinə çağırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 