Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.
ONN media müraciətin mətnini təqdim edir:
Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. Eyni zamanda rəsmi İrəvan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəminində günahlandırırlar.
Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.
Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.



Daha bir erməni İlham Əliyevə müraciət edib
İlham Əliyevdən kömək istəyən ermənilərə cinayət işi açıldı
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Putindən azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR
QHT-lər Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycan hüquq müdafiəçiləri İranla bağlı BMT-yə MÜRACİƏT ETDİ
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir - ŞAD XƏBƏR
Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Xaricdə təhsil qaydaları dəyişdirildi
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 