"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə sözügedən müəssisə Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni geyimlər bəzəyəcək.
ONN media xəbər verir ki, bu formalar daha yüngül və daha rahatdır. Hətta, istiliyi də hazırki formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.
"Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva "Xəzər Xəbər"ə deyib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də, Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar. Hansı ki, bu geyimlərdən hazırda ölkəmizdə əsasən litseylərdə istifadə olunur. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin.
O əlavə edib ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.
Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib, cavab gözləyirlər. Qeyd edək ki, hazırda litseylər ilə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.(musavat.com)



Yeni məktəbli formaları istifadəyə hazırlanır
Yeni məktəbli formaları tikiləcək - İdman tərzində
Məktəblilər üçün yeni forma gəlir - Nazirlik açıqladı
Məktəbli formalarının qiyməti AÇIQLANDI
Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Yeni məktəbli formalarının qiyməti açıqlandı
Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar
Məktəbli formaları ilə bağlı narazılığa rəsmi reaksiya
Məktəbli formaları ilə bağlı YENİLİK
Məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 