“Rust” (“Pas”) filminin operatoru Qalina Hatçinsin şok edici qətli üzrə aparılan istintaqının bəzi təfərrüatları məlum olub.
ONN media xəbər verir ki, "New York Times"ın məhkəmə sənədlərinə istinadən yazdığına görə, içərisində bir güllə olan tapançanı Alek Bolduina rejissor köməkçisi verib. O, çəkiliş üçün hazırlanmış üç tapançadan birini seçib və “boşdur” deyə aktyora atıb.
Qeyd olunur ki, silahı çəkiliş üçün peşəyə yeni gəlmiş 24 yaşlı Hanna Qutyerres-Rid hazırlayıb. İstintaq bu silahı və Bolduinin üstündə qan izləri olan paltarını götürüb. Bu qan sünidir və ya həqiqi dəqiqləşdirilməyib.
Bundan başqa, müstəntiqlər çəkilişdə rekvizit kimi istifadə olunan tüfəng və döyüş sursatlarını alıblar. Hakimiyyət orqanları filmin çəkildiyi rançoda axtarış həyata keçirmək üçün qərarı verib.
Ağ Evin mətbuat katibi Cen Psaki çəkiliş meydançasında baş verənləri faciə adlandırıb, həlak olan qadının və yaralanan rejissorun yaxınlarına başsağlığı verib.
63 yaşlı Bolduin polis tərəfindən dinləndirilib, lakin hadisə ilə bağlı heç kimə qarşı ittiham irəli sürülməyib. Ötən gün Bolduin ilk dəfə hadisəyə münasibət bildirib və hadisədən çox üzüldüyünü deyib.
Bununla yanaşı, Amerika mətbuatı, siyasi baxışlarını gizlətməyən və ABŞ-ın keçmiş prezidenti Donald Trampa parodiyalar edən Bolduinə qarşı bu hadisənin bir sui-qəsd ola biləcəyini də istisna etmir.



Rejissorun ölümünə səbəb olan aktyor bəraət aldı
Məşhur Hollivud aktyoru operator və rejissoru güllələdi
Bolduinin 4 il əvvəlki tviti: Təsadüfən kimisə öldürən...
Məhkəmədən Can Yamana CƏZA
Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub - RƏSMİ
Çinin çəkiliş qrupu Qarabağda
Məşhur aktyor çəkiliş zamanı infarkt keçirib öldü
Türkiyədə QORXULU ANLAR: Məşhur serialın çəkiliş meydançasına SİLAHLI BAŞQIN edildi
Güllə keçirməz şüşədən olan villada qalır və...
Məşhur aktyor xəstəxanaya düşdü
Laçın sakini silah tapdı və...
Arif Qazıyev infarkt keçirib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 