Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Televiziyası bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı birgə məlumat yayıb. ONN media bildirir ki, məlumatda deyilir: "İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir. İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var. Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".
Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub - RƏSMİ



SON DƏQİQƏ: AzTV və "Azərtac"ın əməkdaşları minaya düşərək həlak oldu
AzTV Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yaydı
Sirac Abışovla vida mərasimi keçirilir
Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirildi
Prezidentin köməkçisi dünya ictimaiyyətinə səsləndi
AZƏRTAC şəhid jurnalistlərlə bağlı müraciət ünvanladı
XİN Ermənistana ÇAĞIRIŞ ETDİ
Mehriban Əliyeva bu gün Kəlbəcərdə şəhid olanlarla bağlı paylaşım etdi
Məhərrəm İbrahimov və Sirac Abışovun adı bu jurnalistlərin siyahısına daxil edildi
Prezident şəhid jurnalistlərin ailələrinə ev verdi
Minaya düşənlərin ümumi sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 