Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn olunub.
ONN media xəbər verir ki, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, C.Məmmədli altı ay idi hərbi xidmətə yollanmışdı. O, ailədə iki bacının yeganə qardaşı olub.
Allah rəhmət etsin!



Hərbi qulluqçumuz həlak oldu
Hərbçimiz həlak olub
SON DƏQİQƏ: Ordumuzun hərbiçisi həlak oldu
Şuşada şəhid olan əsgərlə vida mərasimi keçirilir
Şəhidlərimiz harada dəfn olunacaq?
Qəzada həlak olan hərbiçimiz dəfn olundu
DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi
Laçında həlak olan əsgərlərimizə şəhid statusu verildi
Şuşada yol qəzasında həlak olan əsgər harada dəfn olunacaq?
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 