Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Prezident admnistrasiyasının qanun layihəsi Böyük Millət Məclisinə təqdim olunub.
ONN media xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Məlumata görə, qanun layihəsində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin 17 noyabr 2021-ci il tarixindən etibarən verilən icazə müddətinin bir il daha uzadılması qeyd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla bütün hüquqlarını beynəlxalq normalar və qanuni suveren hüquqlar əsasında müdafiə edə bilməsi üçün prosesin əvvəlindən dəstəyini əsirgəməyən və Azərbaycan dövlətinin yanında olan Türkiyənin regionda sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi, buna şərait yaradacaq şəkildə iqtisadi infrastrukturun qurulması və bərpası üçün mühüm təşəbbüslər irəli sürdüyü bildirilib.
Qanun layihəsində Türkiyənin Rusiya ilə birlikdə yaratdığı və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) heyətində fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin fəaliyyətini uğurla davam etdirdiyi vurğulanıb. Memorandumda həmçinin, TSQ personalının fəaliyyətinin Birgə Monitorinq Mərkəzində davam etdirməsinin Türkiyənin bölgədəki effektiv və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu qeyd edilib:
“Bu mülahizələri nəzərə alaraq, 2010-cu il avqustun 16-da imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Saziş”in müddəalarından irəli gələn öhdəliklərimizi yerinə yetirmək, Türkiyənin yüksək maraqlarını səmərəli şəkildə qorumaq məqsədi ilə atəşkəsə riayət etmək, təxribatların qarşısını almaq, bölgədə sülh və sabitliyi təmin etmək, sərhədləri qorumaq məqsədi ilə Prezident tərəfindən müəyyən ediləcək dərəcədə, miqdar və müddətdə Türkiyə Silahlı Qüvvələri xarici ölkələrə istiqamətləndirilərək fəaliyyətini davam etdirəcək. Prezidentin təyin edəcəyi prinsiplərə əsasən, Türkiyə Böyük Millət Məclisinin 17 noyabr 2020-ci il tarixli və 1272 saylı qərarı ilə 17 noyabr 2021-ci il tarixindən etibarən verilən icazə müddətinin bir il daha uzadılması lazımdır”.
Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.


Azərbaycandakı Türk hərbçiləri ilə bağlı QƏRAR VERİLDİ
TBMM Azərbaycanla bağlı sənədi bu gün TƏSDİQ EDƏCƏK
TBMM-də Azərbaycandakı türk hərbçilərlə bağlı MÜZAKİRƏ
TƏSDİQLƏNDİ: Türk əsgəri daha 1 il Azərbaycanda qalacaq
Türk hərbçiləri Azərbaycanda nə qədər qalacaq?
SON DƏQİQƏ: Türkiyə Azərbaycana ORDU GÖNDƏRİR - TƏSDİQLƏNDİ
Ərdoğandan KRİTİK AÇIQLAMA: "Sülhməramlıların mövcudluğu olmadan..."
Türkiyə Qarabağla bağlı "səlahiyyət sənədi" hazırlayır
SON DƏQİQƏ: Türkiyə Azərbaycana ORDU GÖNDƏRİR
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
Atatürkün xatirəsi Birgə Monitorinq Mərkəzində ANILDI
Hərbi xidmətə çağırış müddəti uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 