"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri ilə bağlı məsələlərdə fəaliyyətimizi bacardıqca gücləndirməyə çalışırıq və bunu davam etdirəcəyik".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bunu biz də idxal etdiyimiz qida məhsullarında və inflyasiyanın səıviyyəsində hiss edirik. Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud ümumiyyətlə mövcud olmamasına gətirib çıxarır.
Mən bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək. Bu o demək deyil ki, bizim əlimizdə alətlər var və biz ondan istifadə etmək istəmirik. Hansı alətlərdən istifadə edə bilirik, etməliyik, o da bizim tam məsuliyyətimizdir. Amma elə amillər var ki, burada seçim pis və daha pis arasındadır. Təbii olaraq, biz ünvanlı dövlət sosial yardımının və digər sosial müdafiə mexanizmlərinin bizi xoşagəlməz vəziyyətlərdən çıxarması üçün istifadə etməliyik", - nazir vurğulayıb.



MM-də dövlət büdcəsi zərfinin müzakirəsi başlayır
Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər
Azərbaycanda yaşa görə pensiya artırılır
Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq?
Orta maaşın 807 manat olması proqnozlaşdırılır - Nazir
Benzinin qiyməti bahalaşa bilər?
Siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər
Nazir qiymət artımından danışdı
Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb
Prezident Məmməd Abbasbəyliyə yüksək vəzifə verdi
Hərbçilərə ŞAD XƏBƏR: Maaşlar artacaq - Nazir AÇIQLADI
Əli Əsədov qiymət artımından danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 