Boşanma zamanı tərəflərin mübahisələndirdiyi əsas məsələlərdən biri əmlakın bölgüsüdür.
Ər-arvad ayrıldıqdan sonra daşınan əmlak hesab olunan qızıl-zinət əşyalarının və cehizin kimin sərəncamında qalması hər zaman aktual məsələ olaraq ortaya çıxmaqdadır.
ONN media xəbər verir ki, bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.
Hüquqşünas bildirir ki, ilk növbədə birgə mülkiyyətçilərin mahiyyətini dəqiqləşdirmək lazımdı:
“Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir.
Həmçinin, Məcəllənin 225.4-cü maddəsinə uyğun olaraq, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.
Bu baxımdan, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Beləliklə, nikah dövründən əvvəl və ya sonra tərəflərdən hər hansı birinin hədiyyə şəklində əldə etmiş olduğu qızıl-zinət əşyaları və cehiz onlardan birinin sərəncamında qalır”.



Toyda ər-arvada edilən hədiyyələr əmlak bölgüsünə daxildirmi? - AÇIQLAMA
Sənədsiz evlər necə sığortalanır?
Yeni tikilən binalarda dayanacağı satmaq qanunidir?
Mingəçevirdə maşın qaçırıldı - İçərisində 150 minlik qızıl-zinət əşyaları ilə
Oğurluqda şübhəli bilinənlər saxlanılıb
Bakıda mənzildən 34 minlik qızıl-zinət əşyaları oğurlandı
Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər
Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
Mağazadan külli miqdarda qızıl -zinət əşyaları oğurlanıb
Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Kreditlərlə bağlı sevindirici xəbər - Yeni qanun qüvvəyə mindi
"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN MÜHÜM AÇIQLAMA
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 