Bakıda mənzillərin qiyməti bahalaşmaqla yanaşı, yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti də bahalaşır. Bina tikintisi ilə məşğul olanlar binaların altındakı dayanacaqları ya sakinlərə icarəyə verir, ya da baha qiymətə satışa çıxarırlar. Qiymətlər də hər yerdə fərqlidir.
Ümumiyyətlə, binaların altındakı dayanacaqları sakinlərə icarəyə vermək və satmaq nə dərəcədə qanunidir?
ONN media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məslələri üzrə ekspert Ramil Osmanlı bildirib ki, əgər binanın layihələndirilməsi zamanı sahibkar həmin ərazini dayanacaq kimi nəzərdə tutubsa, sata bilər.
"Lakin texniki mərtəbə kimi nəzərdə tutulubsa, o halda sata bilməz. Hazırda ərazidən asılı olaraq təqribən dayanacaq yerlərinin qiyməti 20-50 min manat arasında dəyişir. Günlük və aylıq icarələrdə isə daha çox fərdi yanaşma olur. Belə ki, standart qiymət yoxdur. Olur ki, həmin binanın sakini başqa binanın zirzəmisində maşın saxlayır. Paytaxtda binaların altındakı dayanacaqların aylıq icarəsi 60-70 manat, bir az kənarda isə 50 manatdan başlayır", deyə o, əlavə edib.
Ekspert qeyd edib ki, vətəndaşlardan parklanma üçün alınan vəsait rəsmi qaydada yığılmır və sənədlə təsdiq olunmur.
"Vətəndaş kirayə pullarını komendata ödəyir. Bəzi binalar daxili ciddi hesabat blankları (daxili kassa çekləri) işləyir. Lakin belə işləyənlərin sayı çox azdır", - deyə R.Osmanlı vurğulayıb.
Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
"Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib.
Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür", - deyə hüquqşünas qeyd edib



Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
Bakıda bu evlər kəskin BAHALAŞDI
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Bakıda bu binanın söküntüsünə başlanılıb
Bakıda çoxmərtəbəli binalar zəlzələyə davamlıdır?
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
“8-ci km bazarı”nın ərazisi neçəyədir? - Şok qiymət
Bağ evlərinin kirayə qiymətləri ARTDI
Bakıda bu evlər BAHALAŞDI
Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ
Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK - QƏRAR VERİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 