Elm adamları Yer kürəsinin yaxınlığından keçəcək nəhəng meteorit haqqında məlumatı açıqlayıblar. Diametrinin 84-190 metr arasında olduğu düşünülən nəhəng meteorit Yerə çırpılarsa, atom bombasını belə kölgədə qoyacağı, amma hələlik belə bir təhlükənin olmadığı bildirilib.
ONN media xəbər verir ki, alimlər indi meteoritlərin Yerə çırpılma ehtimalını əvvəlkindən daha ciddi şəkildə nəzərdən keçirirlər.
ABŞ-ın Aeronavtika və Kosmos Agentliyi (NASA) bir meteoritin Yerə çırpılmasının qarşısını almaq üçün kosmosa göndərdiyi vasitə ilə təhlükəli sınaq keçirəcək. NASA-nın kosmik gəmisi Yer üçün təhlükə yaradan meteoritin qarşısını almağa çalışacaq. Bu yöndə görülən işlərin sürət qazandığı vaxt elm adamlarından maraqlı açıqlama gəlib.
Mütəxəssislər hazırda Yerin orbitinə doğru sürətlə hərəkət edən nəhəng meteoritin planetimizlə toqquşacağı təqdirdə, atom bombasından qat-qat böyük dağıntılara səbəb olacağını düşünürlər. Amma 2018 AH adlı meteoritin 4.5 milyon kilometr uzaqdan keçdiyi təxmin edilir. Ona görə də heç bir toqquşma gözlənilmir.
2018 AH hələ də Apollon meteoritləri siyahısındadır. Bu siyahıdakı meteoritlər Yerlə toqquşma təhlükəsi yarada bilərlər.
Sözügedən meteorit üç il əvvəl Yerdən 296 758 kilometr məsafədən keçib. Elm adamları o dönəmdə asteroidin sönük olmasına görə onun gəlişini görməmişdilər. 2018 AH-ın Yerlə mümkün toqquşmasının Tunquska hadisəsini təkrarlaya biləcəyi ehtimal olunur.



Qarşısı alınmasa, dünyaya çırpılacaq – Bu tarixdə Yerin orbitinə daxil olacaq
Yerə yaxınlaşan böyük təhlükə
NASA-nın 2 astronavtı yerə qayıda bilmir
Bu gün Yerə təhlükəli asteroid yaxınlaşır - NASA
Yerə TƏHLÜKƏ YAXINLAŞIR: Güllədən 20 qat sürətlidir
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Yerə 3 asteroid yaxınlaşır - BU TARİXDƏ...
Bu tarixdə gözünüz GÖYDƏ OLSUN
NASA bir ilkə imza atdı
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır - BU GÜN...
Evin damına meteorit düşdü
Bu ərazilərdən insanlar təxliyyə edilməlidir- XƏBƏRDARLIQ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 