Bu gün Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla gənclər və idman naziri Fərid Qayıbova iki yeni müavin təyin edilib.
ONN media xəbər verir ki, yeni müavinlərdən İndira Hacıyeva nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.
Bakı Dövlət Universitetinin “Riyaziyyat və fizika” fakültəsini bitirən İ.Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.
2000-2001 illərdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 2001-2003-cü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Mariana Vasilyeva isə 1974-cü ilin iyulun 6-da Bolqarıstanın Tırqovişte şəhərində doğulub. Bolqarıstan millisində bədii gimnastı olmuş Vasilyeva Veliko Tarnovo Universitetinin məzunudur. O, məşqçi kimi Sofiyanın “Levski” klubunda işə başlayıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən işə qəbul edilib və 2009-cu ildən etibarən bədii gimnastika millimizin baş məşqçisidir.
Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu (2019), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2015) ilə təltif olunub, Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2013) adını alıb. (oxu.az)



Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Mədəniyyət nazirliyində yeni TƏYİNAT
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
Nazir təyin olunan 42 yaşlı Fərid Qayıbov kimdir? - DOSYE
Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
SOCAR-a yeni prezident təyin olundu
Nazirlikdə yeni təyinatlar - 3 şöbəyə müdir təyin edildi
Baş nazirin Katibliyinin rəisi təyin edilib
Bu xanıma YÜKSƏK VƏZİFƏ verildi
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE
Prezident bu şəxsi işdən çıxartdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 