Xəbər verdiyimiz kimi, bu gün mətbuatda yayılan məlumata görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirdib. ONN media xəbər verir ki, əməliyyat nəticəsində Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb. Məlumat üçün bildirək ki, Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla Mədəniyyət nazirinin müavini təyin olunub.
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE



Bu nazirlikdə yoxlamalar başladı
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye
Azərbaycanda sabiq nazir həyatını itirdi
Yeni nazir müavini kimdir? - DOSYE
Vətən müharibəsində şəhid olan müəllimlərimiz
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- Dosye
Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Naxçıvan Baş Gömrük İdarəsinə təyin olunan şəxs kimdir?- Dosye
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 