Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
ONN media xəbər verir ki, məlumatda Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişdiyi bildirilib.
Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 1-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək. Dekabrın 1-i axşamdan 2-si səhərədək yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu dekabrın 02-də tədricən 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Külək noyabrın 30-u gündüzdən dekabrın 2-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 2-si gündüz külək mülayimləşəcək.
Yağıntı dekabrın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 2-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu 2-də tədricən 5-8° aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.



Dekabrın 1-dən hava KƏSKİN DƏYİŞİR: Güclü külək, qar-yağış...
Temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Hava kəskin dəyişəcək- XƏBƏRDARLIQ
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir
Hava ilə bağlı XƏBƏRDARLIQ
Kəskin hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ: İntensiv qar yağacaq
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Havanın temperaturu kəskin enəcək
Hava ilə bağlı XƏBƏRDARLIQ
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin soyuyacaq...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 