Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar Prezident İlham Əliyevlə görüşü barədə açıqlama verib.
O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Ə.Sancar qeyd edib ki, İlham Əliyevlə gözəl görüş olub:
“Görüş üçün İlham Əliyevə təşəkkür edirəm. Biz Qarabağ döyüşündən danışdıq. ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı heç bir şey etməməsindən, ikiüzlülüyündən danışdıq”.
O bildirib ki, 44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb:
“Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Əvvəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi.
Mən “biz türklər” dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram. Biz elmə, tibbə, təəssüf ki, bir qatqı göstərə bilməmişik. İnsanlığa borcumuz var”.
O qeyd edib ki, 44 günlük müharibədə ABŞ tərəfindən bir reaksiya olmadı:
“44 günlük müharibədə ABŞ tərəfindən sərt reaksiya göstəriləcəyindən qorxurdum. Çünki, orada erməni lobbisi güclüdür. 44 günlük müharibədə ABŞ tərəfindən reaksiya olmadı, başları prezident seçkilərinə qarışmışdı. Nəsə də deyə bilməzdilər. Çünki Azərbaycan öz doğma torpağını azad edib”.



İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul etdi
Əliyev və Ərdoğan "Türk ulduzları”nın çıxışlarını izləyirlər
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gəlir
Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI
Ayaz Mütəllibov Prezidentlə görüşündən danışdı: “Biz hər zaman bir olmalıyıq”
İlham Əliyevlə Paşinyan arasında... - ABŞ-dan AÇIQLAMA
İlham Əliyevlə NATO Baş katibi arasında görüş oldu
ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Paşinyan İlham Əliyevlə görüşdən danışdı
Əliyev və Mirziyoyev arasında görüş keçirildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 