"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir".
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
"Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.
30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.



İrəvan bu öhdəliklərini yerinə yetirmir - Bayramov
XİN rəsmi məlumat yaydı
Azərbaycan XİN-dən erməni nazirə CAVAB
Azərbaycan XİN Fransa və Kanadaya cavab verdi
Azərbaycan XİN yaşanan son gərginliyin səbəbini açıqladı
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Azərbaycan XİN Ermənistanın iddialarına CAVAB VERDİ
XİN rəsmi məlumat yaydı
Paşinyan dedi ki, bircə yol var - Bakıya TƏSLİM OLMAQ
XİN-dən Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına CAVAB
Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 