İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.
ONN media xəbər verir ki, bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.
RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik: “Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər.
Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə sərbəst sulara bağlıdır və Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.
Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.
Biz bu layihənin pilot mərhələsini [cari İran təqvimi] ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.
Qeyd edək ki, İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir və ölkə bir neçə mühüm beynəlxalq dəhlizdən keçir.
İranın cənubunda dünyanın əsas neft hasil edən ölkələrinin yerləşdiyi Fars körfəzi var. Bu bölgə dünyanın enerji darboğazı hesab olunur.
İranın şimalında İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında ən yaxşı körpü olan və bu ölkələr arasında ticarətdə mühüm rol oynaya biləcək Xəzər dənizi yerləşir.
İran qərbdən və şərqdən İraq, Türkiyə, Pakistan və Əfqanıstanla həmsərhəddir. Yəni demək olar ki, İran 15 ölkə ilə quru və su sərhədləri vasitəsilə əlaqə saxlayır və eyni zamanda bu ölkələr arasında (bir-biri ilə və dünyanın digər hissələri ilə) körpü rolunu oynaya bilər.



Azərbaycan və İran viza rejimini sadələşdirəcək
Azərbaycanla İran viza rejimini sadələşdirir
ABŞ və İran niyə razılığa gələ bilmədi?
İran-Ermənistan sərhəddində GƏRGİNLİK
İran ABŞ-la bu sahədə... - Zərif AÇIQLADI
İrandan Azərbaycana dəmir yolu ilə bağlı təklif
Gürcüstan İrana gediş gəlişi məhdudlaşdırdı
Üçtərəfli görüşün nəticəsi nə oldu?
İran ABŞ-ın bu təşkilatını "qara siyahı"ya saldı
Gürcüstan sərhəddində nə baş verir?
Bu gün Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq
Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 