Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının nümayəndələr palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətəuyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.
ONN media xəbər verir ki, bəyanatda dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən “Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı təxribat xarakterli, əsassız və həqiqətəuyğun olmayan qətnamənin qəbul edilməsi ilə əlaqədar kəskin etiraz ifadə olunur.
Bəyanatda deyilir: “Kiprli deputatların nəzərinə çatdırmaq istərdik ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir.
Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür. Hazırda Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün böyük səylər göstərilir.
Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan etdiyi və heç bir şərt olmadan delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğu halda buna qarşı çıxan da məhz bu qüvvələrdir.
Təəssüflər olsun ki, Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salmış, qisas və müharibəyə can atanlarla eyni səviyyəyə qoymuşlar. Onların regionda sülhün bərqərar olması səylərini dəstəkləmək əvəzinə, sadə insanların dərdindən, iztirabından öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışanların ardınca getmələri təəssüf hissi doğurur.
Sülh və əmin-amanlığa məhəl qoymayaraq, bu cür qərəzli, əsassız qətnamənin qəbul edilməsi regiondakı yeni reallığı dəyişdirmir, əksinə, bu cür qətnamələri qəbul edənlərin özlərinə xələl gətirərək, obyektivliklərinə ciddi şübhə yaradır”.



Paraqvaydan Azərbaycana jest: Xocalı soyqırımını tanıdı
Trampla bağlı qətnamə yayıldı
Fevralın 26-sı ABŞ-ın bu ştatında Azərbaycan Günü elan edildi
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN
Milli Məclis üzvləri bəyanat yaydı
Milli Məclis bəyanat yayıb
Türkiyənin NATO-dan çıxarılması üçün qətnamə təqdim edildi
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Leyla Abdullayeva: "Kipr XİN-nin bəyanatı qərəzlidir"
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
VII çağırış Milli Məclisin ilk plenar iclası başladı
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 